Yer kürəsinin yox olmağa məhkum 10 resursu

Razılaşmaq istəməsək də, Yer kürəmizin resursları israf və hərisliyimiz ucbatından tükənməyə başlayır. Belə resurslar var ki, biz onlara fikir vermirik amma onlarsız HƏYAT davam etməz.

agroexpert_qarisiq

10. Banan

Dünyada bananın yüzlərlə sortu var, amma eksportun yarısını yalnız biri təşkil edir-Kavendiş. Bu banan sortuna daraşmış infeksiya onun tamamilə məhv olmasına səbəb ola bilər. Bu infeksiya (göbələk) torpaqda uzun müddət qala bilir. Əgər elm bunu müalicə edə bilməsə, daha bahalı və nisbətən dadsız bananlara məcbur qalacayıq.

9. Yeni musiqi

İnternetin ən böyük informasiya bazalarından biri olan Gracenote-da 130 milyon mahnı haqqında məlumat var. Bütün bunları dinləmək üçün 1200 il lazımdır. Lakin artıq biz yeni mahnı yox, ya remix ya da təkrarlar eşidirik.

8. Şərab

2050-ci ildə şərab istehsalı üçün əkilən plantasiyalar, qlobal istiləşmə nəticəsində yararsız hala düşəcək. İstidə üzüm şərab üçün lazımlı səviyyədə inkişaf edə bilmir. Ekspertlər şərab istehsalının 70% azalacağını qeyd edir.

7. Helium

Yer kürəsində ikinci ən çox qaz olsa da 2030-cu ilə helium defisiti 75 milyon m³ olacaq.

6. Arılar

Sənaye inişaf elədikcə arılar, arı ailələri daha çox dağılmağa başlayır. Mobil rabitənin arılara nə qədər zərərli olduğu haqda yazılar çox oxumuşuq. Bu şəkildə davam edərsə 2035-ci ilə arılar tamamilə yox ola bilər. Фото

5. Tibbi izotoplar 

Müasir tibbdə diaqnostika üçün istifadə olunan radioizotopların əldə edilməsi qəliz prosesdir. Bunların çoxu nüvə reaktorlarında əldə edilir və belə avadanlıqlar çox deyil.

4. Kürü

Deyirlər qaçaqmalçılar osetr balıqlarının axırına çıxır. Dünyada ən böyük kürü import edən ölkə Amerikadır. (ildə 80%-lik dövriyyə, 100 milyon dollar). Kürünün qiyməti qara bazarda bəzən 10 000 $-a kimi qalxır.

3. Sardiniya

Marketlərdə gördüyümüz bu balıq tempratura qarşı həssasdır. Sakit okean sularında 90-cı illərdən başlanan tədrici soyuma sardiniyaların populyasiyasına mənfi təsir edir.

2. Antibiotiklər

Antibiotiklər itmir, sadəcə təsirsiz olmağa başlayıblar. Yer üzərindəki bütün canlılar kimi mikroblar da einkişaf edir və antibiotiklərə qarşı immunitet əldə edirlər. Dərman şirkətlərini isə çox təəssüf ki, maddi maraqlar idarə edir.

1. Qum

İnanmaq olmur amma dəniz sahilindəki qumlar da tamamən itə bilər. Bunun səbəbləri müxtəlifdir: dəniz səviyyəsinin qalxması, boranlar, sahilkənarı betonlaşma. Səhradan qum gətirmək ağıllı çözüm deyil, çünki səhra qumu dəniz kənarında çox dözmür.

Ona görə əlimizdəki nemətlərin qədrini bilməliyik və bu sadəcə dərsliklərdə öyüd-nəsihət şəklində qalmamalıdır. Ətraf mühit mühafizəsi övladlarımıza miras buraxılmalıdır.

Mənbə.

One comment

Fikrinizi bildirin