Yer almasının faydaları

agroexpert_yeralmasiYer alması (topinambur) olduqca faydalı bitkidir. Görünüşə görə kartofa oxşayan topinambur orqanizm üçün vacib olan bir çox maddələrlə (vitaminlər, minerallar, pektinlər, amin turşuları və s.) zəngindir. Yer almasının tərkibində çoxlu pektinlər var. Bu maddələr mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, ziyanlı maddələrdən təmizləyir, antiseptik, iltihab əleyhinə və ödqovucu təsir edir. Topinambur mədə-bağırsaq sisteminin mikroflorasına müsbət təsir edir.
Araşdırmalar sübut edib ki, topinamburun hər gün 2-3 ay ərzində qəbulu xroniki intoksikasiyanın əlamətlərini azaldır. Yer armudu kompot, kisel şəklində istifadə oluna bilər. Onun xoş, şirin dadı var. Lakin ən yaxşı variant topinamburu çiy halda yeməkdir. Əvvəla o yuyulur, soyulur, sürtgəcdən keçirilir və istənilən tərəvəz salatlarına əlavə olunur.
Yer aralmasının tərkibində inulin maddəsi var. Bu maddə qanda şəkərin səviyyəsini aşağı salır. Bu səbəbdən topinambur şəkərli diabet xəstələr üçün çox faydalıdır. Onlar hər gün yeməkdən 10 dəqiqə əvvəl topinambur yeməlidir. Bu qanda şəkərin səviyyəsini tənzimləməyə kömək edəcək.
faydalar
faydaları
  • Revmatizma və xronikləşən ağrılara yaxşı təsir edir
  • Vücud müqavimətini artırır
  • Qəbzliyi yox edir
  • Öskürəyi kəsir
  • Əmizdirən anaların südünü artırır
  • Sütun xərçənginin qarşısını alır
  • Qan şəkərinin tənzimlənməsində kömək olur
  • Sümükləri gücləndirir
  • Yer almasını qaynatdığınız suyla saçlarınızı yumanız saçlarınızı parıldadır və diblərini gücləndirir

 

Fikrinizi bildirin